“Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin dinc sakinləri atəşə tutan Ermənistanın “Qrad” yaylım atəş sistemi dəqiq zərbə ilə məhv edilib".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

O bildirib ki, bununla da çox sayda günahsız insanların həyatı xilas edilib: "Mülki infrastruktura mümkün zərərin qarşısı alınıb”.