Prezident İlham Əliyev Türkiyəli həmkarı Abdullah Gülün "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən orden Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə verilib.