Türkiyədə rəsmi səfərdə olan Azərbaycan dövlət başçısı İlham Əliyevlə Türkiyə prezidenti Abdulla Gül arasında maraqlı dialoq yaşanıb.

İlham Əliyev öz kabinetini prezident Gülə təqdim edib. Baş nazirin müavini Abid Şərifovun təqdimatı zamanı isə İlham Əliyevə Gülə müraciət edərək "Abid bəyi tanıyırsınız” deyib. Prezident Gül isə gülərək "lap çoxdan tanıyıram, Afrikadan” cavabını verib. İlham Əliyev Abid Şərifova müraciətlə "bu elə Afrikadan gəlib” zarafatını edib.


"Qafqazinfo”