“Kollektiv Təhlükəsizlik və Müqavimət Təşkilatının (KTMT) öhdəlikləri Dağlıq Qarabağa aid deyil”.

Mia.az Ria Novosti-yə istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "KTMT Ermənistana yardım edə bilərmi?" sualına cavabda deyib.

O, KTMT-in Ermənistan qarşısında öhdəliyinin xatırladıb, əlavə edib ki, Qarabağdakı döyüşlər kənara çıxmayıb: "Bu barədə deyilən xəbərlər bizim tərəfdən təsdiqlənmir".

Xatırladaq ki, bu gün Putin də “Rossiya1” kanalına müsahibəsində hərbi əməliyyatların Ermənistan ərazisində getmədiyini vurğulayıb və bu üzdən Rusiya və ya KTMT-nin savaşa müdqaxilə etməyəcəyini bəyan edib.

Mia.az