Bu gün Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.    

Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustin də var/APA.