“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.

Mia.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

O,, günahsız mülki əhalini açıq şəkildə hədəf seçən Ermənistan hakimiyyətinin bəşəriyyət qarşısında cavab verəcəyini bildirib. Əlavə edib ki, Ermənistan terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, muzdlu əsgərləri və terrorçuları regiondan çıxarmalıdır.

Mia.az