İngiltərənin paytaxtı Londonda yaşayan soydaşlarımızdan biri Ermənistanın son hərbi təcavüzünə etiraz və Azərbaycan Ordusuna dəstək məqsədilə kreativ aksiya keçirib.

Şəxsi təşəbbüsü ilə yük maşını alan həmvətənimiz ona elektron lövhə quraşdıraraq ölkə sakinləri və rəsmilərinə ingilis dilində mesaj ünvanlayan lövhə asıb.

“Ermənilər BMT-nin qətnamələrinə əməl etmir”, “Dağlıq Qarabağ Azərbaycana məxsusdur”, – şüarda qeyd edilib.

Xatırladaq ki, analoji aksiya Avropa İttifaqının siyasi paytaxtı olan Brüsseldə baş tutub./Report