Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ATƏT-in Minsk qrupu həmsədrlərinin atəşkəslə bağl çağırışlarını səmimi saymır.

Mia.az xəbər verir ki, o, bunu “TRT Haber”yə açıqlamasında deyib.

Hulusi Akar bildirib  ki, illərdir Azərbaycanın Dağlıq Qarabağdakı haqlı mübarizəsini həll etməyənlərin atəş çağırışları səmimi olmadığı kimi, inandırıcı da deyil: “Can qardaşlarımızın haqlı savaşında, öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı mübarizəsində sonadək yanında olacağıq”.