Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin dindarlara qarşı aqressiv münasibətinin daha bir təzahürü meydana çıxıb.

Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki, ötən gün başçının tapşırığı ilə şəhərdə dindarlara qarşı reydlər keçirilib. Orta məktəblərdən start götürən reydlərdə hicablı şagirdlərə sonuncu xəbərdarlıq edildiyi, Auşar Günü isə şəhərdə hər hansı bir dini tədbirin təşkil olunmasına qadağa qoyulduğu da deyilir:

"Bundan başqa, icra başçısının göstərişinə əsasən, Aşura günündə orta məktəblərdə olimpiadaların keçirilməsi barədə qərar qəbul olunub". 

Qeyd edək ki, dindarların aktiv olduğu Gəncədə bu cür halların davamlı yaşanması onların qəzəblənməsinə gətirib çıxara bilər. Buna hələ bir müddət əvvəl şəhərdəki dindarların bir neçə dəfə aksiya keçirmələrini misal göstərmək olar.