"Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması yalandır".
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı məlumat yayıb.
O bildirib ki, Ermənistan mətbuatında guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterin vurulması və qalıqlarının İran ərazisinə düşməsi barədə yayılan məlumatlar yalandır və əsassızdır: "Bildiririk ki, Hərbi Hava Qüvvələrimizə məxsus bütün aviasiya vasitələri tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir".