Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb: "Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir"