Bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür.