"Ermənistan ordusunun daha bir zabiti məhv edilib”
Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı açıqlama verib.
O bildirib ki, Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərimizdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin komandiri Spartak Köçəryan bu gün məhv edilib.