“Alçaq hücumu pisləyirik. Ərazi bütövlüyünü müdafiə mübarizəsində sonunadək Azərbaycan türkü qardaşlarımızın yanında olacağıq”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Qafqazda sülh və sabitliyin ən böyük əngəli Ermənistanın təcavüzkar mövqeyidir: "Ermənistaan bütün bölgəni atəşə atacaq addımlardan dıərhal çəkinməlidir. Bütün imkanlarımızla Azərbaycanın yanındayıq".

Qeyd edək ki, Akar bu gün Müdafiə naziri Zakir Həsənovla da telefonda danışıb, vəziyyətlə bağlı müzakirə aparıb.

Mia.az