"Çoxları soruşur ki, niyə Türkiyə şou-biznesinə qatıldın? Birincisi mən türklərə göstərmək istədim ki, Azərbaycanda da sənət var və bizdə müğənni olmaq daha çətindir. İkincisi isə özümüzkülərə baha qiymətə oxumağın mümkünlüyünü sübut etdim.
Niyə xaricdən gələn müğənniyə 200 min verirlər, amma mən əziyyət çəkib 5 min almalıyam? Görsünlər ki, bizdə də o qiymətə oxuyan ola bilər. Xaricdə çalışıb gerçəkləri sübut etmək iddiasındayam. Türkiyədə açıq-saçıq fotosessiyalar etdirdim, bizimkilər bəh-bəhlə baxdılar.
Röya həmçinin qeyd edib ki, yaxın zamanda Rusiya şou-biznesinə də qatılmağı planlaşdırır.



