Misir Mərdanov yeni vəzifəyə təyin olundu
"Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının redaksiya heyətinin tərkibində dəyişiklik edilib. Bu barədə Lent.az-a AMEA-dan məlumat verilib.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, riyaziyyat üzrə elmlər doktoru Misir Mərdanov "Riyaziyyat və Mexanika İnstitutunun Əsərləri” jurnalının baş redaktoru təyin olunub.
Vəfatı ilə əlaqədar olaraq AMEA-nın müxbir üzvü Bala İsgəndərov, riyaziyyat üzrə elmlər doktoru Məlik-Baxış Babayev və riyaziyyat üzrə fəlsəfə doktoru İsak Məmmədov jurnalın redaksiya heyətinin tərkibindən çıxarılıb. Bu haqda qərar AMEA Rəyasət Heyətinin iclasında da qəbul olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08