Milli Məclisin Hesablayıcı komissiyasına yeni üzv seçiləcək.
Bununla bağlı məsələ parlamentin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, deputat Eldar Quliyevin komissiyaya üzv seçilmsəsi təklif edilib.
Qeyd edək ki, həmin komissiyanın sədri mərhum deputat Fəttah Heydərov idi/Report.
Mia.az-ın əldə etdfiyi məlumata görə, E.Quliyev başqa birt vəzifədə də F.Heydərovu əvəzləyəcək.
Belə ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə isə Eldar Quliyevin namizədliyi irəli sürülüb.
Məlumata görə, sentyabrın 29-da keçiriləcək iclasda o, bu posta da seçiləcək.
Mia.az