"Gürcüstan Azərbaycanın Ermənistanla dövlət sərhədində baş verən son gərginliklərlə bağlı narahatlığını bölüşür".
Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.
Onun sözlərinə görə, vəziyyətin deeskalasiyası üçün irəli addımlar atılmalıdır: "Gərginliyin aradan qaldırılması prosesinə beynəlxalq ictimaiyyət fəal şəkildə cəlb olunmalıdır".
D.Zalkaliani deyib ki, Gürcüstan və Azərbaycan bir-birinin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
Ceyhun Bayramov da öz növbəsində bildirib ki, Azərbaycan hər zaman Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə birmənalı və qəti şəkildə dəstəyini ifadə edir/Report.