Təhsil Nazirliyi sentyabrın 23-də orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı yeni məlumat yayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, bu gün 59 şagird və 4 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Bununla yanaşı, 7 şagird və 6 işçidə koronavirus aşkarlanıb.