Tanınmış jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin Səbayil Rayon Məhkəməsində həbs edilən zaman ona qarşı zorakılıq hallarının baş verməsi haqda verilmiş şikayətinə baxılır. Reportyorumuzun verdiyi məlumata görə, P.Həşimli bu dəfə də qaramaskalılar tərəfindən məhkəməyə gətirilib. Məhkəmə binası önündə onun həyat yoldaşı, qızı və yaxınları toplaşıb.

Əməkdaşımız bildirdiyinə görə, proses qapalı keçirildiyi üçün içəri heç kim buraxılmır.

*** 

Əməkdaşımız Məhəmməd Türkmənin verdiyi məlumata görə, artıq məhkəmə prosesi başlayıb. Pərviz Həşimlinin vəkili Elçin Sadıqov P.Həşimlinin yoldaşının şahid kimi dindirilməsini tələb edib, lakin hakim bunu qəbul etməyib.