Bakı-Sumqayıt yolunda dəhşətli qəza baş verib. Böyük dəmir konstruksiyası daşıyan kamaz markalı yük avtomobili qəza törədib. Nəticədə yük maşınındakı böyük dəmir konstruksiya sərnişnin avtobusunun üzərinə aşıb. 

MİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində avtobusda olan xeyli sərnişin xəsarət alıb. Bir nəfər gənc qızın qolunu itirdiyi bildirilir.