Hesablama Palatasının sədri Heydər Əsədov kənd təsərrüfatı naziri postuna təyin olunandan sonra sələfi İsmət Abasovun kadrlarını zərərsizləşdirməyə başladı. Yeni nazir deyəsən, İsmət Abasovun bütün iszlərini silməyə çalışır.  

Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin saytında da "təmizləmə" işi aparılıb. http://agro.gov.az/index.php saytında bir neçə gün öncəyə qədər keçmiş nazir İsmət Abasovun fotoları "var-gəl" eləsə də, yeni nazirdən sonra İ.Abasovu müxtəlif rakurslardan çəkilmiş fotoları saytdan çıxarılıb. Deyəsən, Heydər Əsədov keçmiş nazirdən qalan bütün nişanələri silmək istəyir.