Türkiyənin Milli Müdafiə Nazirliyi 15 sentyabr - Bakının işğaldan azad edilməsi ilə bağlı təbrik mesajı yayıb.
Mia.az xəbər verir ki, nazirliyin rəsmi twitter səhifəsindən yaydığı açıqlamada deyilir:
“Bu gün Nuri Paşa komandanlığında Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından xilasının 102-ci ildönümüdür. 15 sentyabr 1918-ci ildə Bakının işğaldan qurtuluşunda şəhid və qazi olan əsgərlər ehtiramla yad edirik. Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”.