Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 163 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada daha 1 nəfər vəfat edib:
"İndiyədək ölkədə ümumilikdə 38 037 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 440 nəfər müalicə olunaraq sağalıb, 557 nəfər vəfat edib, aktiv xəstə sayı 2 040 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 108, bu günə qədər isə ümumilikdə 995 376 test icra olunub".