Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxt ərazisində keçirilən aksiya ilə bağlı açıqlama yayıb.

Mia.az BŞBPİ-nə istinadla xəbər verir ki, bu gün saat 15 radələrində 20-25 nəfər “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, Səbail rayonundakı İstiqlaliyyət küçəsində şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan toplaşıb küçə yürüşü keçirməyə cəhd edib:

"Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən qanunsuz küçə yürüşünə cəhdin qarşısı alınmış, iştirakçılar ərazidən uzaqlaşdırılmışlar. Saxlanılan və ya həbs edilən olmamışdır".

Xatırladaq ki, bu gün saat 15:00-da Azərbaycan Konstitusiya Məhkəməsinin qarşısında bir qrup şəxs Tofiq Yaqublunun azad olunması üçün icazəsiz aksiya keçirib.

Mia.az