Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Azəryol” voleybol klubu idman həvəskarlarını təəccübləndirib. Təmsilçimiz öz formasında Ermənistan bayrağının rənglərinin əks olunması ilə diqqəti cəlb edib. Özü də, zolaqlar bayraqda olduğu ardıcıllıqla düzülüb. Maraqlıdır, kimin ağlına belə "möhtəşəm” ideya gəlib ki, Azərbaycan klubuna bu formanı geyindirsin? Əgər bu variant hansısa xarici firma tərəfindən təklif olunubsa, "Azəryol” bunu niyə təsdiqləyib? Bir də, niyə məsələn, Azərbaycan bayrağının rənglərindən deyil, məhz bu rənglərdən istifadə olunmasına qərar verilib?

Xatırladaq ki, "Azəryol” klubu nəqliyyat naziri Ziya Məmmədovla "Azəryolservis” ASC-nin sədri, deputat Cavid Qurbanovun himayəsi altındadır.



Virtualaz.org