Türkiyəli müğənni Rafet El Roman sabiq müdafiə naziri Səfər Əbiyevin oğlunun toyunda iştirak edib. Mia.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Buta Palace”də keçirilən toy mərasimində sevilən mahnıları ilə qonaqları əyləndirib.
Qeyd edək ki, Həsən və Nərminə cütlüyünün xoş günündə zalı türkiyəli dizayner Tuba Yavuzer bəzəyib.