“Vəziyyətlə əlaqədar atamı sonuncu dəfə mart ayının sonunda görmüşəm. Təəssüflər olsun ki, indiki şəraitdə rayonlara gediş-gəlişin açılması mümkün deyil”.
Mia.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O, əlavə edib ki, növbəti brifinqlərdə bu barədə şad xəbər verə biləcəyinə ümid edir.
Prezidentin köməkçisi qeyd edib ki, rayonlararası gediş-gəliş məsələsi də Operativ Qərargahda müzakirə olunacaq: “Bakı, Sumqayıt və Abşeronda yoluxma səviyyəsi yüksəkdir. Rayonlara gediş-gəlişin məhdudlaşdırılması da bundan irəli gəlir. Gediş-gəlişin açılması təmasları, yoluxma səviyyəsini artıra bilər. Qəbul ediləcək qərarlar barədə də ictimaiyyətə məlumat veriləcək”.
Mia.az