Avropa Birliyinin (AB) Türkiyəni sanksiya ilə hədələməsi və Almaniya kansleri Angella Merkelin "Yunanıstanın tərəfindəyik" bəyanatına rəsmi Ankaradan sərt cavab verilib.

Mia.az xəbər verir ki, Türkiyə XİN-nin sözçüsü Hami Aksoy  AB-nin Şərqi Aralıq dənizində tərəfsiz davranmalı və dürüst vasitəçilik etməli olduğunu deyib.

O, təəssüflənib ki, qurum və onun üzvü olan Almaniya kansleri vasitəçilik və dürüstlükdən uzaqlaşıb: "AB-nin ölkəmizin öz dəniz sularında fəaliyyətini hədəfə almaq kimsənin həddi deyil. Aralıq dənizində gərginliyi yaradan Türkiyə yox, Yunanıstan və Kiprdir. AB-nin isə bu iki ölkəyə birlik dayanışması adı altında dəstək verməsi, gərginliyi daha da gücləndirəcəkdir. Üstəlik, bu məsələdə AB-nin hər hansı bir yetkisi də yoxdur. Türkiyə qarşı tələb beynəlxalq hüquqa ziddidir".

Aksoy deyib ki, Türkiy hər zaman dialoq və diplomatiyaya üstünlük verib: "Belə bir anda AB-nin sanksiya hədəsinə keçməsi mövcud problemlərin həllinə kömək etmədiyi kimi, ölkəmizin qərarlılığını da daha artırıb. Türkiyə bütün təhdidlərə rəğmən, haqq və hüquqlarını qərarlılıqla qoruyacaq".

Mia.az