Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gələcək.

Bu barədə Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Sergey Şoyqu Bakıya Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə avqustun 25-də səfər edəcək.