Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib:

"Bununla da indiyədək ümumilikdə 34921 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 32682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, aktiv xəstə sayı 1727 nəfərdir.

ölkədə son sutka ərzində 5 986, hazırkı dövrədək isə 861 788 test aparılıb".