Dünən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.

Mia.az xəbər verir ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.

Polis əməkdaşları bildiriblər ki, məişət zəminində səs-küy olduğundan qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.