"Cənab nazir Ramil Usubov hazırda vəzifəsindədir, belə cəfəngiyyat xəbərlərə başqa rəy verməyə ehtiyac yoxdur".

Mia.az Qaynar.info-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov nazir Ramil Usubovun istefa verməsi ilə bağlı xəbəri şərh edərkən deyib.

 Qeyd edək ki, bu gün bir sıra xəbər saytlarında Ramil Usubovun vəzifəsindən istefa verməsi ilə bağlı xəbər yayılıb.