Bu gün Prezident İlham Əliyev daha 3 sərəncam imzalayıb.
Mia.az xəbər verir ki,sərəncama əsaəsn, Eldar Hümbət oğlu Həsənov iqamətgahı Belqrad şəhərində olmaqla Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Xatırladaq ki, E.Həsənov bir neçə gün əvvəl həbs olunub.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Dursun Ayvaz oğlu Həsənov Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, o, Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun qardaşıdır.
Prezident İlham Əliyevin başqa bir sərəncamı ilə Faiq Maqbet oğlu Quliyev Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, dövlət başçısının digər sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.