Bu barədə hərbi ekspert Üzeyir Cəfərov facebook hesabında məlumat verib. Ekspert onu da bildirib ki, təyinat kollektivdə o qədər də müsbət qarşılanmayıb: "Xatırladım ki, MKHH-nın sabiq rəisi tibb xidməti polkovniki Firudin Qarabəyov uzun illər MN sistemində çalışıb və bir müddət bundan əvvəl MN-nin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində xidmət keçib. Müdafiə Nazirliyi kimi mühüm bir qurumda kifayət qədər savadlı və bacarıqlı hərbi həkimlər olduğu halda, mülkidən ehtiyatda olan zabitin, özü də baş leytenantın belə bir quruma necə rəhbərlik edəcəyi çox maraqlıdır. Və bu təyinat kollektivdə o qədər də müsbət qarşılanmayıb. Xatırladım ki, sabiq rəis tibbi xidmət polkovniki Firudin Qarabəyov uzun illər MN sistemində çalışıb və bir müddət bundan əvvəl MN-nin Hərbi Həkim Komissiyasının sədri vəzifəsində xidmət keçib.
Nazirin digəır əmri ilə sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində nazirliyin Ərzaq Xidməti rəisi olmuş, bir müddət bundan əvvəl isə ehtiyata tərxsi edilmiş polkovnik-leytenant Malik Qurbanovun yenidən hərbi xidmətə çağırlımaqla bu vəzifəyə təyin edilib. Digər təyinatlar və yerdəyişmələr də var”.
Bundan başqa, Müdafiə Nazirliyinin 1-ci Ordu Korpusunun komandiri vəzifəsindən çıxarılıb.
AzNews.az-a daxil olan məlumata görə, korpus komandiri, general-leytenant Nizam Osmanov tutduğu vəzifəsindən azad edilib.
Qeyd edək ki, general-leytenant Nizam Osmanov 2004-cü ildən 1-ci Ordu Korpusunun komandiri vəzifəsində çalışır. O, bu vəzifədə general-leytenant Qabil Məmmədovu əvəzləmişdi.