Nazirin imzaladığı əmrlə nazirlik yanında Sosial Təminat Xidmətinin rəisi Asəf Əliyev, aparat rəhbərinin müavini Elnur Camalxanov işdən azad ediliblər.
Bir neçə gün əvvəl Aparat rəhbəri vəzafəsindən azad olunaraq nazirliyin iqtisadiyyat şöbəsində işlə təmin olunan Elnur Kələntərovun isə ümumiyyətlə nazirlikdən uzaqlaşdırıldığı bildirilir. Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo”ya bildirilib ki, bu əmrlərdən xəbərsizdirlər.
Elnur Camalxanov işdən çıxdığını təsqid edib.( AzVision.az). O vəzifəsindən öz ərizəsi ilə getdiyini bildirib. "Könüllü olaraq öz ərizəmlə işdən azad olunmuşam. Bura biznes fəaliyyətindən gəlmişdim, bizneslə də məşğul olacağam”.