Reytinq rekordçusu "Kurtlar Vadisi Pusu” serialının növbəti – 202-ci seriyasının kadrları yayılıb.
Polad Alemdarın bacısı olan Safiye Karahanlı kim tərəfindən və hansı məqsədlə qaçırıldı? Cahid avto - dayanacaqda kimi gözləyir? Cahidə kim hücum edəcək? Artıq "Tapınaqçılar”ın adamı olmuş Poyrazın hədəfində kim var?
Bu sualların cavabı ilə serial pərəstişkarları filmin yeni – 202-ci seriyasında tanış ola biləcək.
"Kurtlar Vadisi Pusu” oktyabrın 31-də Azərbaycan vaxtı ilə 22.00-də Türkiyənin atv kanalında nümayiş olunacaq: