Sabiq nazir Füzuli Ələkbərovun MTN-nin əməkdaşları tərəfindən saxlanıldığı haqda xəbər yayılıb. Məlumatda iddia olunur ki, Füzuli Ələkbərovun obyektlərində və evində xüsusi xidmət orqanının əməkdaşları bir neçə gün axtarış aparıblar. 

Mia.az Azerinews.tv-yə istinadən xəbər verir ki, axtarışlar zamanı əldə olunan faktlar sabiq nazirin saxlanmasına səbəb olub. Saytın iddiasına əsasən, axtarışda İsmayıllı olayları da daxil olmaqla, sabiq nazirin korrupsiya hallarına yol vermə ehtimalı daha önəmli rol oynayıb: "Məlumatda o da bildirilir ki, Füzuli Ələkbərov gecə saatlarında saxlanılıb və hal- hazırda adıçəkilən nazirlikdə dindirilir. 

Məlumatın nə dərəcə doğru olmasını dəqiqləşdirmək mümkün olmayıb.