“Beyrut limanında baş verən qorxunc partlayış barədə xəbərlərdən dərin hüzn keçiririk”.
Mia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Livana verdiyi başsağlığında deyilir.
“Ölənlərin ailələrinə və Livan xalqına başsağlığı veririk. Xəsarət alanların tez sağalmalarını diləyirik", - başsağlığı mətnində bildirilib.