“Təhsil Nazirliyi qarşısında artıq bu tapşırıq qoyulub”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev qərargahıntoplantısında deyib.

O bildirib ki, ölkənin təhsil və tibb mütəxəssisləri ilə birlikdə məktəblərin yeni tədris ilində açılması müzakirə edilir: “Onlar tərəfindən təkliflər, qeydlər hazırlanaraq nəzərdən keçirilməsi üçün təqdim olunacaq. Burada digər ölkələrin də təcrübələrinə müraciət edilir. Beynəlxalq əməkdaşlıq çərçivəsində digər ölkələrin də qənaətləri nəzərə alınmaqla, irəli sürüləcək təkliflərə baxılacaq”.