Yeni müdafiə naziri general-polkovnik Zakir Həsənov ehtiyatda olan general-mayor Anatoliy Vasyaki (Müdafiə Nazirliyi Əməliyyat İdarəsinin sabiq rəisini, həmçinin Hərbi-Elmi Mərkəzin baş zabiti olmuş adamı) nazirlikdə yeni vəzifəyə təyin edib. Verilən məlumata görə, o, MN-də yaradılmış Daxili Təhlükəsizlik İdarəsinə şöbə müdiri vəzifəsinə təyin edib.
Mia.az xəbər verir ki bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat yayıb. Cəfərov Facebook-da daha sonra yazıb: "Çox maraqlıdır ki, general Vasyak Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun ən yaxın dostlarından və sirdaşlarından biridir...".
Bu arada Müdafiə Nazirinin birinci müavinin işdən azad edilməsi haqda da xəbər yayılıb.
Mia.az Avropa.info-ya istinadən xəbər verir ki, nazirin 1-ci müavini general-leytenant Çingiz Məmmədov vəzifəsindən azad olunub. Onun yerinə general-mayor Heydər Piriyev gətirilib. Həmçinin Heydər Piriyevə general-leytenant rütbəsi də verilib.