Prezidentin mühafizə xidmətinin rəisi, general Bəylər Əyyubovun bacısı oğlu və onun dostları Xətai rayon Məhkəməsinin sentyabrın 17-də
çıxardığı hökmdən apellyasiya şikayəti veriblər.
Bu barədə mia.az-a məhkəmədən məlumat sızıb. Məlumatda bildirilir ki, Xətai rayon Məhkəməsinin hökmü ilə 2 il
həbs cəzasına məhkum edilən "OMİS” MTK-nın sədri Osman İsmayıl oğlu İsayev, onun əmisi
oğlu Sultan Xalid oğlu İsayev,
Amil Malik oğlu Şirəliyev və 3,6
il iş alan Rauf Orxan oğlu Həsənlinin şikayətləri Bakı Apellyasiya Məhkəməsində qarşıdakı həftədə araşdırılacaq: «Adıçəkilənlərin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq. Hakim şikayət üzrə oktyabrın 29-u, saat 10.15-ə iclas saatı təyin edib. Həmin günü Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən Osman İsayev və dostlarının şikayətlərinin icraata qəbul edilib-edilməyəcəyi ilə bağlı ilkin baxış keçiriləcək».
Məlumatda o da bildirilir ki, zərərçəkənin tutulanlardan şikayətçi olmaması məhkəmənin adıçəkilənlərin üzərlərindəki həbsi götürməsi reallığa daha yaxın görünür.
Xatırladaq ki, ittiham aktında həbs edilən şəxsləri "Yeni
Həyat” yaşayış binasının
liftində bir
nəfərlə dalaşmaqda suçlanıblar. Həbs edilənlər isə nə ittihamla, nə
də cəza ilə razılaşmırlar.
Bu yerdə onu da xatırladaq ki, hələ Xətai rayon məhkəməsində iş gedərkən Osman İsayevin babası, 85 yaşlı Abdolbari Sultan oğlu İsayevlə 83 yaşlı nənəsi Gülzar Həsən qızı
İsayeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət edərək, nəvələrinin azad olunmasına kömək etməsini xahiş ediblər. Eyni zamanda, birinci xanımdan onları qəbul etməyi istəyiblər.
Bundan əlavə, tutulanların anaları - İsayev
Narifə Həsən qızı, Əliyeva Nərminə İslam qızı, Şirəliyeva Sərfil Fərman qızı, İsayeva Marina Məmmədəliyevna da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan kömək istəyiblər.
/span