Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu məzuniyyətdən sonra vəzifəsinə qayıtmayacaq. Bunu Haqqin.az saytına hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Eldar Sabiroğlu istefa ilə bağlı raportu təqdim edib: "Amma ona üç ayrıq məzuniyyət verilib və 2014-cü ilin yanvarında xidmətə qayıtmalıdır. Bundan sonra istefaya göndəriləcək”.
Eldar Sabiroğlunun özü "Aznews.az” saytına açıqlamasında konkret heç nə deməyib: "Hazırda məzuniyyətdəyəm. Nazirlikdə baş verən kadr dəyişikliklərindən məlumatsızam”.