Bu barədə "Qafqazinfo”ya açıqlama verən Tural Abbaslı bildirib ki, dünən Milli Şuranın sabahkı mitinqə hazırlıq işləri ilə bağlı iclası keçirilib: "İclasda quruma daxil olan partiyaların, təşkilatların nümayəndələri iştirak edib. Qərara alınıb ki, bu dəfəki mitinqdə milli bayraqlar, Cəmil bəyin portretləri və partiyaların bayraqları olsun. Bu da insanların Cəmil bəyin ətrafında birləşməsinə işarədir. Mitinqə çıxşçıların və aparıcıların kimlər olacağı da müzakirə alınıb. Bu Cəmil bəyin qərara alacağı məsələdir. Amma ümumi konsensus ondan ibarətdir ki, əsasən çıxışlarda gənclərə üstünlük verilsin”.
Tural Abbaslı qeyd edib ki, ilkin hesablamalarımıza görə mitinqə bu dəfə ötən dəfəkindən də daha çox insan gəlməlidir: "Çünki insanlar seçkilərdə edilən total saxtakarlığın şahidi olublar. Narazı elektoratın sayı çoxalmaqda davam edir”.