Azərbaycanda doğuş zamanı daha bir ana ölümü baş verib. Budəfəki bədbəxt hadisə bu gün axşam saatlarında Bakıda yaşanıb. Belə ki, Sumqayıtdakı 1 saylı Doğum evinə aparılan 26 yaşlı Pərvinə Hüseynovanın övladını dünyaya gətirməsi üçün üzərində qeysəriyyə əməliyyatı aparılıb. Lakin Doğum evində onun halı pisləşdiyindən yaxınları P.Hüseynovanı təcili Bakıya - Respublika Kliniki Xəstəxanasına gətiriblər. Amma burada da gənc ananı xilas etmək mümkün olmayıb. Pərvinə Hüseynova təxminən bir saat bundan öncə elə Respublika Kliniki Xəstəxanasındaca dünyasını dəyişib.

Məlumatı Modern.az saytına ANS telekanalının əməkdaşı Afət Telmanqızı verib. Telejurnalist bildirib ki, doğuş zamanı dünyasını dəyişən 26 yaşlı P.Hüseynova onunqardaşının həyat yoldaşıdır.

Mərhum P.Hüseynovanın yaxınları bədbəxt hadisəyə görə həkimləri günahkar bilirlər.