Müğənni Günay İbrahimli özünə yeni avtomobil alıb. "Qafqazinfo”ya açıqlamasında müğənni avtomobilinin qiymətini gizli saxlamaq istədiyini bildirib:
"Yeni avtomobil almışam. Qiymətini deyə bilmərəm. Sonra deyəcəklər reklam edir. Yalnız adını deyə bilərəm ki, Dodge Durangodur”
Günay avtomobilinin fotosunu "İnstagram” səhifəsində də paylaşıb.
Qeyd edək ki, "Dodge Durango"nun qiyməti 39-55 min arasında dəyişir.
