Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə baş idarəsinin rəhbəri Anatoli Yakunin Orxan Zeynalov haqda məlumat verən şəxsə 1 milyon rubl verib. 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, pulun məhz kimə verildiyi məxfi saxlanılır.

Bundan əvvəl yayılan məlumatda deyilirdi ki, milyon rublu Orxanın yaşadığı mənzilin sahibi alacaq. KİV-də yayılan məlumata görə, qohumları da Orxanın saxlanılmasına yardımçı olublar.