İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Qeyd edək ki, bu son iki gündə məhv edilən 3-cü düşmən PUA-sıdır.

***

Ermənistanın Tovuz rayonu istiqamətində hərəkət edən daha bir pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulub.

Mia.az Trend-ə istinadən PUA-nın vurulma anını təqdim edir: