20 iyul tarixində saat 08:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Quba rayonunun Xınalıq kəndi yaxınlığındakı sərhəd zastavasına xidməti tapşırığın icrası ilə əlaqədar hərəkət edən “UAZ” markalı xidməti avtomobil qəzaya uğrayıb.
DSX-nin Mətbuat Mərkəzindən Mia.az-a verilən məlumata görə, hadisə nəticəsində avtomobildə olan hərbi hissənin qərargah rəisi polkovnik Mirzəyev Şahin İbrahim oğlu vəfat etmiş, digər hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar:
"Hərbi qulluqçulara ilkin tibbi yardım göstərilmiş və təcili tibbi təxliyəsi təşkil olunub.
Hadisə ilə əlaqədar DSX-nin Sərhəd Qoşunlarının və Hərbi Prokurorluğun nümayəndələri tərəfindən araşdırma aparılır.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi mərhum polkovnik Ş.Mirzəyevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir".