“Təbii, Ermənistan işğalçıdır”.
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Bilirisinzi bu işğal 10 illərə söykənir. Minsk qrupu bu işi hələ də həll edə bilməyib. İşin bu səviyyəyə gələcəyi məlum idi. Ermənistan mütəmadi olaraq Azərbaycanda mülki əhalinin yaşadığı bölgələri atəş altında saxlayır, hücumlar edir. Hücumlar nəticəsində Azərbaycan öz üzərinə düşən addımları atır. Biz qardaş Azərbaycanı qətiyyən yalnız buraxmayacağıq.
Cənab İlham Əliyevlə danışıqlar aparırıq. Azərbaycandan bir nümayəndə heyətini Türkiyəyə göndəriblər, ətraflı danışıqlar aparılıb. Mən də onlarla görüşdüm. Azərbaycanın yanındayıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.